TOP 10

“Bavariya”nın futbolçusu rəsmən “Lill”də

Dünya Futbolu
Tarix: 2019-08-24 11:00

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Renato Sanşeşi transfer edib. 
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.


Fransa klubu bu transferə görə Münhen təmsilçisinə 25 milyon avro ödəyib.


“Benfika”nın yetirməsi olan Renato, “Bavariya”ya 2016-cı ildə transfer olunmuşdu. O, 2017/18 mövsümünü icarə əsasında “Suonsi Siti”də keçirib.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB