TOP 10

Kamran Quliyev oynadı, komandası yenə uduzdu

Dünya Futbolu
Tarix: 2019-08-24 09:00

Futbol üzrə Litva 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Şaulyay”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.


Kamran da bu matçın iştirakçısı olub. O, 52-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş gənclərdən ibarət millimizin üzvü bu dəfə fərqlənə bilməyib.


“Jonava” hazırda 30 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB