TOP 10

Qeye 1, Rerras 91, Romero 217, Silva 256

Futbol
Tarix: 2019-08-24 14:16

"Qarabağ"da yeni transferlərlə bağlı diqqətçəkən olay gerçəkləşib. Sport24.az xəbər verir ki, yay fasiləsində komandaya cəlb olunan hər 4 yeni futbolçu qol hesablarını açmağı artıq bacarıblar.

 

Bunu ən son reallaşdıran Fayçal Rerras olub. Mərakeş əsilli belçikalı 25 yaşlı sol cinah müdafiəçisi  Avropa Liqasının pley-off mərhələsində ilk matçları çərçivəsində Şimali İrlandiyada yerli "Linfild"lə görüşdə 15-ci dəqiqədə hesabı açıb. Ancaq bu, Fayçalın "Qarabağ"da rəsmi debütüdə baş verməyib. Çünki onun "siftə"si Premyer Liqamızda yeni mövsümün ilk turunda "Keşlə"ylə "Dalğa Arena"dakı qarşılaşmada reallaşmışdı. Onda əsas heyətdə meydana çıxan Rerras 76-cı dəqiqə əvəzlənib. Avrokukoblarda "Qarabağ"da ilk matçında fərqlənməklə yadda qalan müdafiəçi buna 91 dəqiqəyə nail olub. 

 

Yeni legionerlərindən "Qarabağ"da qol hesabını açmaq baxımından unikal göstərici Maqaye Qeyeyə məxsusdu. Axı, 29 yaşlı fransalı hücumçu bunu gerçəkləşdirmək üçün cəmi 1 dəqiqə bəs edib. Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kiprin APOEL klubuyla səfər matçında 68-ci dəqiqədə meydana daxil olaraq debüt edən edən Qeye cəmi 1 dəqiqə rəqib qapısına yol tapıb. Yeri gəlmişkən, Maqaye bu dəfə Avropa Liqasında "Linfild"lə ilk görüşdə, yenə səfərdə hesabına penaltidən qol yazıdraraq avrokuboklarda 2 qolla bombardirlər siyahımızda liderliyi bölüşdürür.

 

Digər 2 qol vuran da yeni transferdi. Söhbət ispaniyalı yarımmüdafiəçisi Xayme Romeroddan gedir. 29 yaşlı sağ cinah vingeri "Qarabağ"ın yay tarnsferlərindən ən tez debüt edən olub. Bu, ÇL-in ilk təsnifat mərhələsinin startında - Albaniyada "Partizani" klubuyla qarşılaşmanın 62-ci dəqiqəsində meydana çıxmaqla reallaşıb. Romero 4-cü matçında qol hesabını açıb. Bu, II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubiyla "Dalğa Arena"dakı cavab matçı idi ki, onda yarımmüdafiəçi dublla 3:0 hesablı qələbəylə mərhələ keçməyimizdə əsas pay sahibi oldu. Xayme "Qarabağ"da ilk qol vurmaq üçün 217 dəqiqə gözləməli oldu.

 

Və nəhayət, Aylton Silva. O da "Qarabağ"a ÇL-də mübarizə başlamamış transfer olunsa da, ilk matçda meydana çıxa bilməzdi. Çnüki hələ "Neftçi"də çıxış edərkən avrokuboklarda aldığı cəzadan 1 oyunu qaldığından Tiranadakı görüşdə yeni komandasının heyətində yox idi. Aylton Qarabağ"da 3-cü matçında qol hesabını açdı. Bunun üçün 24 yaşlı  braziliyalı sol cinah müdafiəçisinə 256 dəqiqə oynamaq lazım gəldi. 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB