TOP 10

"Qarabağ" 6 ildən sonra belə aqibət yaşadı

Futbol
Tarix: 2019-08-24 13:00

"Qarabağ" 6 ildən sonra avrokuboklarda təsnifat mərhələsində ardıcıl 2 məğlubiyyət alıb. Sport24.az xəbər verir ki, bunlardan birincisi onu Çempionlar Liqasında kənarlaşdıran, ikincisi isə yollandığı Avropa Liqasında ilk pley-off matçında qeydə alınıb

 

Bleə ki, Ağdam təmsilçisi Kiprin APOEL klubuna evdə 0:2 hesabıyla uduzaraq bu turnirdə mübarizəni dayandırdı, bundan sonrakı həftə sonra Şimali İrlandiyada "Linfild"ə 2:3 hesabıyla yenildi. 

 

Qrup yolda adətən çox matçda qalib gələn "Qarabağ" son dəfə ardıcıl 2 məğlubiyyəti 2013-cü ildə Avropa Liqasının pley-off mərhələsində yaşamışdı. Onda Almaniyanın "Ayntraxt" klubu Bakıda 2:0, Frankfurtda 2:1 hesabıyla qalib gələrək qrupa yollanmışdı.

 

Qurban Qurbanovun komandası ilk dəfə ardıcıl 2 məğlubiyyəti də məhz Avropa Liqasının pley-offunda, məhz Bundesliqa təmsiçisindən alıb. Söhbət daha güclü rəqib olan Dortmund "Borussiya"sından gedir. Ağdamlılar səfərdə 0:4, evdə 0:1 hesabıyla yenilmişdi. 

 

Qeyd edək ki, "Qarabağ" avrokuboklarda bu 6 ildə mübarizəni dayanırdığı anlar olsa da, bunlarda ardıcıl məğlubiyyətlər yox, ən azı bir heç-heçə olurdu. 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB