TOP 10

“Qarabağ” üçün “axırıncı aşırım”

Futbol
Tarix: 2019-08-23 14:00

Ötən gecə hər bir futbola bağlı azərbaycanlı kiçik şok yaşadı. “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Şimali İrlandiyadan məğlub ayrılacağını kim gözləyirdi? APOEL məğlubiyyətindən sonra “Linfild”in “Sutyeska” lə qarşılaşmalarına gözucu baxmaq kifayət idi ki, britaniyalıların bəxt nəticəsində mərhələni adladıqları aydın olsun. Heç “Qarabağ”ın əsas heyət üzvlərinin yarısının “Linfild”ə qarşı oynaya bilməməsi də cütlük favoritini dəyişmişdi. Devid Hilinin komandasına nə qədər hörmətlə yanaşsaq da, meydan sahiblərinin müdafiə redutları bizim üçün çox arzuolunan səviyyədə idi.

 

Elə hesabı açmaq üçün cəmi 15 dəqiqənin yetməsi də dediklərimizin əyani sübutu idi. Faydalı Rerras hesabı açdıqdan sonra da meydanda yalnız “Qarabağ” var idi. Çoxsaylı qol epizodları yaradan Azərbaycan çempionu eyni məharətlə də bu fürsətləri sağa-sola xərcləyirdi. Acı fəsadlar fasiləyə yaxın yaşandı. Meydan sahiblərinin primitiv hava ötürmələri eyni “gözəllik”də qollarla nəticələndi. 

 

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Elə “süvarilər”də yaratdıqları epizodlara eyni münasibət bəsləyirdilər. “Vurmayana vurarlar”? Əlbəttə! Final fitinə 15 dəqiqə qalmış Leyveri özünün 2-ci, komandasının 3-cü qoluna imza atdı. Yalnız son dəqiqədə Xayme Romeroya qarşı cərimə meydançasındakı qayda pozuntusuna görə təyin edilən penaltini Maqaye Qeye “Panenka zərbəsi” ilə tora qovuşdurdu.

 

Hə, “Qarabağ” uduzdu. Hə, “Qarabağ” bu oyundan qalib ayrılmalı idi. Hə, “Linfild” kimi rəqiblərlə görüşlərdə reytinq xalları mütləq artırılmalıdır. Amma indi bunu təhlil etmək yox, Bakıdakı oyunu qələbəylə bitirmək lazımdı. Çünki son 5 ildə qitəmiqyaslı yarışlarda daim qrupda təmsil olunan Azərbaycan futbolu üçün bu mövsüm analoji nəticəni təkrarlamaq böyük zərbə olar. Bunu yaşamamaq üçünsə “axırıncı aşırım”ı adlamaq qalıb. İnanaq, ümid edək. Alınacaq, mütləq alınacaq!

 

 

CEYHUN ƏLİYEV
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB