TOP 10

“Deməzdim ki, futbolçularım məni təəccübləndirdi” - “Linfild”in baş məşqçisi

Futbol
Tarix: 2019-08-23 09:23

“Uindzor”dakı bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar qədər xoş xatirədir”. Sport24.az xəbər verir ki, bu sözləri “Linfild”in baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Qarabağ” üzərində 3:2 hesablı qələbədən sonra deyib.

 

40 yaşlı mütəxəssis komandasının çıxışından razı qalıb: “Bu meydanı dəfələrlə xoş duyğularla tərk etmişəm. Deməzdim ki, futbolçularım məni təəccubləndirdi, çünki nəyə qadir olduqlarını yaxşı bilirəm. Hesabda geri olsaq da, uşaqlar irəliyə getməkdə davam etdilər və istəklərinə çatdılar. “Qarabağ”ı məğlub etmək inanılmazdır. Futbolçularım təzyiqə tab gətirib, “dişlərini göstərdilər”. Hər birinə əhsən! Bir həftə sonra Bakıda da göstərə biləcəklərimiz var”.

 

Xatırladaq ki, "Qarabağ" - "Linfild" oyunu avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB