TOP 10

"Dandolk"un məşqçisi "Linfild"dən qəhrəmanlıq gözləyir: "Qarabağ"ın bu iki futbolçusunun qiyməti bizim klubun büdcəsi ilə eyni olar"

Futbol
Tarix: 2019-08-22 17:22

İrlandiyanın “Dandolk” klubunun məşqçisi Ruaidri Hiqqins Avropa Liqasının pley-off mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” matçı haqda fikirlərini bildirib. Sport24.az xəbər verir ki, Hiqqinsin fikrincə, yaxşı tanınan futbol ölkəsi deyil: "Ancaq son 5-6 ilə baxsaz, “Qarabağ”ın dörd dəfə Avropa Liqasında, bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində oynadığını görərsiniz. Çempionlar Liqasında “Atletiko” ilə iki oyunda da xal qazandılar. “Linfild” də öz üzərinə düşən işin öhdəsindən gələ bilsə, Şimali və Cənubi İrlandiyanın bütövlükdə ən uğurlu nəticəsini qazana bilər. 90 dəqiqə ərzində nəticə əldə etmək başqa şeydir, amma “Qarabağ” kimi komandanı iki oyunun nəticəsinə görə keçmək əsl qəhrəmanlıq olar”.

 

Məşqçi söyləyib ki, “Qarabağ”ın iki futbolçusu – Xayme Romero və Abdullah Zubir bəlkə də, Avropada qarşılarına çıxan ən güclü oyunçulardı: "Yüksək keyfiyyətə sahib futbolçulardır. Bizə həqiqətən çox çətinlik yaradırdılar. Yəqin ki, onların qiymətləri bizim klubun büdcəsi ilə eyni olar. “Linfild”də David Hili möhtəşəm işlər görür. Onlara uğurlar arzu edirəm”.

 

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk"u iki oyunun nəticəsinə görə məğlub edib – ilk oyun 1:1, cavab oyunu 3:0.

 

Xatırladaq ki, “Linfild” – “Qarabağ” matçı bu gün,saat 22:45-də keçiriləcək.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB