TOP 10

AFFA “Elit Məşq” layihəsi ilə bağlı təqdimat keçirdi - FOTOLAR

Futbol
Tarix: 2019-08-22 17:06

Bu gün AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit tərəfindən “Elit Məşq” layihəsi ilə bağlı prezentasiya təqdim olunub. Sport24.az xəbər verir ki, tədbirdə əvvəlcə Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb. 

 

“Elit Məşq” layihəsinin bir neçə ildir ki, tətbiq olunduğunu bildirən baş katib bu istiqamətdə yeni mərhələninin başladığını qeyd edib. Qeyd olunub ki, hazırkı mərhələdə layihə 26 məşqçinin iştirakı ilə keçiriləcək, lakin qarşıdakı müddət ərzində məşqçilərin və layihənin tətbiq olunduğu bölgələrin sayı artırılacaq.

 

Sonra Miloş Velebit “Elit Məşq” layihəsi ilə bağlı təqdimatla çıxış edib.

 

Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı AFFA rəsmiləri, Məqşçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.

 

Sabah – avqustun 23-də isə AFFA-nın inzibati binasında “Elit-məşq” layihəsi ilə bağlı mətbuat konfransı keçiriləcək. Tədbir saat 12:00-da başlayacaq.

 

21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB