TOP 10

Premyer Liqanı A Seriyasına dəyişdi

Dünya Futbolu
Tarix: 2019-08-22 17:43

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Ken Semanı heyətinə cəlb edib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya klubu İsveçdə anadan olan Konqo əsilli 25 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.

 

İsveç millisinə də dəvət alan Sema, 2018-ci ildən “Uotford”da çıxış edirdi.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB