TOP 10

Sponsorların nümayəndələri Bakıda səfərdədi - AÇ-2020

Futbol
Tarix: 2019-08-22 15:21

AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib. Sport24.az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda Alipay, Booking.com, FedEx, Hisense, SOCAR və Volskwagen şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.
 

AÇ-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.


Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB