TOP 10

“Qəbələ” – irəli, yoxsa geri?

Futbol
Tarix: 2019-08-22 16:14

Futbola təmənnasız bağlı insanlar az olsa da, var. Belələrindən Namik Murad ön sıralardadı. Elmi dərəcəsi olan futbol, daha doğrusu, “Qəbələ” fanatı bu dəfə fərqli təkliflə çıxış edir.

 

2005-ci ildə yaradılmış “Qəbələ” İK 12 il ardıcıl inkişaf yolu keçmiş, klub üçün mükəmməl təlim-məşq bazası, ölkədə ən yaxşı futbol akademiyası yaradılmış, əsas futbol komandanın optimal heyəti formalaşdırılmışdır. Nəticədə, “Qəbələ” son ölkə birinciliklərində çempionluğa oynayan komanda olmuş və iki il ard-arda UEFA Avropa Liqasının qruplarında oynayaraq, Qafqazda, MDB məkanında, Türkiyədə və Avropada bir çox komandanın arzusunu özü üçün reallaşdırmış, sovet dövrünün əfsanə oyunçularından ibarət “Neftçi” komandasının keçən əsrin altmışıncı illərində qazandığı nailiyyətlərdən daha böyük nəticələr əldə etmişdir. 100 milyon manatdan artıq sərmayə hesabına “Qəbələ” tanınmış brend olmuşdur!

 

İndi isə, klubun maliyyə qaynağı kəsilmiş, brend isə sürətlə aşağılanmaqda və yox olmaqdadır. Nə etməli? Qarşıda iki yol var: hadisələrin bugünkü axınına imkan vermək, klubun “Xəzər-Lənkəran” və “Bakı”nın aqibətini yaşamasını müşahidə etmək və ya brendin qorunub-saxlanması üçün təcili, qeyri-standart yollar axtarıb tapmaq. İkinci yol həm Azərbaycan futbolunun, həm klubun həm də azarkeşlərin arzuladığı yoldur. Lakin, qeyi-standart qərarlar ancaq “beyin mərkəzləri”ndə fərqli düşüncə tərzinə sahib insanlar tərəfindən formalaşa bilər. Bunun üçün, klub daxilində ictimai əsaslarla fəaliyyət göstərən, məşvərətçi səs hüququna malik, futbolu və “Qəbələ”ni sevən, müasir idman menecmentini yaxşı başa düşən adamlardan ibarət müşahidə şurası yaratmaq lazımdır. Bu adamlar düşünməli, müzakirələr, “beyin hücumları” aparmalı və ideyalar verməlidirlər, ideyalar! Məsələn, səhmdarlaşdırma, kraudfandinq, şerinq kimi tədbirlər kluba faydalı ola bilərmi? Bəlkə, auditoriyanı genişləndirmək və klubu yenidən gündəmə gətirmək üçün rebrendinq faydalı olar? Bu suallar müzakirə olunmalı və doğru cavab tapılmalıdır. Lakin, bir fikirdə tərəddüdüm yoxdur: “Qəbələ” geriyə hərəkətini irəliyə doğru çevirə bilər. Bu, utopiya deyil. Mən sizə dünya təcrübəsindən geriyə dönüşə aid yüzlərlə misal çəkə bilərəm. Əslində, brend kimi tanıdığımız dinamik inkişaf edən bütün şirkətlər maliyyə, resurs, inzibati, bazar və s. bu kimi problemlərlə hər gün qarşılaşırlar. Lakin, onların bu problemləri həll etməyi, mənfiləri müsbətə çevirməyi, bəzən yeganə doğru yolu tapmağı bacaran menecerlər korpusları var. Menecerlər müasir cəmiyyətin sosial-iqtisadi həyatında fövqəladə rol oynayırlar və bu fakt iqtisad elmində “menecerizm” adlı yeni cərəyan yaratmışdır. Mən istəyirəm ki, idarəetmənin ən yeni və effektiv metodlarını Azərbaycanda ilk tətbiq edən və faydalanan idman klubu “Qəbələ” olsun.

 

 

Namik Murad
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB