TOP 10

Mehdi Şərifi: "Çox istərdim ki, hər turdan sonra "Turun oyunçusu" seçilim və hamını təəccübləndirim"

Futbol
Tarix: 2019-08-22 15:00

Azərbaycan çempionatında rəsmi debütündə dubl edərək səfər qələbəsinin memarı olmaq. Nəticədə ilk turdan sonra komandan da turnir cədvəlinə başçılıq etsin, özün də bombardirlər  siyahısına. Bu, "Sumqayıt"ın ən son transferi olan Mehdi Şərifiyə aiddi. İranlı hücumçu onu "Turun oyunçusu" Sport24.az-ın suallarını cavablandırıb.

 

- Azərbaycanda keçirdiyin debüt oyununda dubl edəcəyin özün üçün nə dərəcədə gözlənilməz oldu?

- Həmin gün ad günüm idi. Buna görə də nisbətən daha motivasiyalı,çox rahat idim. Açığı, bura gəlməmişdən qabaq istəyirdim ki, çempionata çox yaxşı start verim. Qol  vuracağımı gözləyirdim. Bunun üçün ilk dəqiqələrdən var qüvvəmlə irəli atıldım. Ancaq dubl edəcəyimi gözləmirdim.

 

 

- Səncə, rəqib zəif idi ki, ilk oyunundaca 2 qol vurdun, çempionatımızın səviyyəsi ümumiyyətlə, aşağıdır, yoxsa Mehdi Şərifi həddən artıq güclü forvarddı?

- Azərbaycan Premyer Liqası heç də zəif çempionat deyil. Çünki bura gəlməmişdən qabaq da Premyer Liqanızı izləyirdim. "Sumqayıt"dan təklif alandan sonra daha çox məlumat toplayaraq oyunlara baxmağa çalışdım. Deməzdim ki, Azərbaycan çempionatı zəifdi və ya Mehdi güclüdü. Sadəcə, həmin günü bütün komanda olaraq meydanda bütün qərarlarımız düzgün oldu. Həm hücumda, həm də müdafiədə dəqiq oynadığımız üçün qələbə qazandıq.

 

 

- Yəqin ki, ilk turun digər oyunlarının heç olmasa fraqmentlərinə baxmısan. Ölkə klublarımızın hansının müdafiə xətti sənin üçün ən arzuolunmazdı?

- İndidən bu haqda bir söz deyə bilərəm. Gərək heç olmasa hər komandaya qarşı bir dəfə oynayım ki, praktikada görüm hansı müdafiəçi daha arzuolunmazdı. Əlbəttə, ilk turdakı oyunları izləmişəm, Ancaq qalan 6 komandaya qarşı da oynayandan sonra daha real qiymət verə bilərəm. 

 

 

- Azsaylı azarkeş qarşısında oynamaq hücumçunu həvəsdən salmır?

- Əlbəttə. son iki mövsümü İran çempionatında "Perspolis"də çıxış emişəm və burdan fərqli ordakı matçlara həddən artıq azarkeş gəlir. Lakin Qəbələdəki matça görə azarkeş müqayisəsini etməzdim. Çünki səfər oyunumuz idi. Amma bura gəlməmişdən qabaq da məlumatım vardı ki, "Sumqayıt"ın çox böyük azarkeş kütləsi var və şəhərin komandasını çox sevirlər. Ümid edirəm ki, ilk ev oyunumuz olacaq "Səbail"lə görüşdə azarkeş dəstəyini hamı görəcək və mən də bunu hiss edəcəm.

 

- “Turun oyunçusu” seçiləcəyin səni təəccubləndirmədi?

- Hər qarşılaşmaya var qüvvəmlə çıxıram və məndə hər oyunda qol vurmaq istəyi böyükdü. Çox istərdim ki, hər turdan sonra "Turun oyunçusu" seçilim və hamını təəccübləndirim. 

 

 

CEYHUN ƏLİYEV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB