TOP 10

Braziliyalı futbolçu Super Liqa klubunda

Dünya Futbolu
Tarix: 2019-08-22 13:53

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Fabrisio Bayanonu heyətinə qatıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Gənclərbirliyi” 27 yaşlı futbolçunu Portuqaliyanın “Maritimo” klubundan satınalma şərti ilə 1 illik icarəyə götürüb.


Bayano 2017-ci ildən “Maritimo”da çıxış edir. O, ötən mövsüm bu komandada 24 oyuna çıxıb. 


“Vasko da Qama”nın yetirməsi olan futbolçu “Koritiba” və “Makan” klublarında da forma geyinib.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB