TOP 10

“Qarabağ” “Linfild”ə ilk oyunda məğlub oldu

Futbol
Tarix: 2019-08-23 00:34

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. 
 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb. “Vindsor Park” stadionunda keçirilən qarşılaşmada hesabı Azərbaycan çempionu açıb. Amma meydan sahibləri qalan dəqiqələrdə 3 qol vurmaqla matçda dönüş yaradıblar. Ağdam klubu son saniyələrdə hesab arasındakı fərqi azaltsa da, meydanı məğlubiyyətlə tərk edib.


Bu komandalar arasındakı cavab oyunu avqustun 29-da Bakıda keçiriləcək.


Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu

22 avqust


Linfild - Qarabağ 3:2
Qol: M.Stafford, 40. Ş.Leyveri, 45+1; 75 - F.Rerras, 15. M.Qeye, 90+3-pen.
Baş hakim: Sandro Şerer (İsveçrə).


Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 22 Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern.
Baş məşqçi: David Hili.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB