TOP 10

“Çelsi”nin futbolçusu rəsmən “Roma”da

Dünya Futbolu
Tarix: 2019-08-22 11:46

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Davide Zappakostanı icarəyə götürüb.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Canavarlar” 27 yaşlı italiyalı sağ cinah müdafiəçisini 6 aylıq icarəyə götürüblər. Amma gələn ilin yanvar ayında “Roma” müqavilənin müddətini uzatmaq şansına da malikdi. Davide yeni komandasında 2 nömrəli formanı geyinəcək.


İtaliya yığmasının da şərəfini qoruyan Zappakosta, 2017-ci ildə “Torino”dan “Çelsi”yə transfer olunub. O, daha öncə “Atalanta” və “Avellino” klublarında da çıxış edib.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB