TOP 10

“Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

Dünya Futbolu
Tarix: 2019-08-22 00:58

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub. 


ÇL-in 3-cü təsnifat mərhələsində “Portu”nu mübairəzədən kənarlaşdıran Rusiya “Krasnodar”ı Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub. Rusiya təmsilçisi bu oyunda darmadağınla üzləşib.


Xorvatiyanın “Dinamo” klubu Norveç “Rusenborq”unu qəbul edib. Qonaqlar Zaqrebdə 0:2 hesablı məğlubiyyətə üzülüblər.


İsveçrə “Yanq Boyz”u isə Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.


UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

20 avqust


APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0


ÇFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Masopust, 28.


LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.


21 avqust


Dinamo (Zaqreb, Xorvatiya) – Rusenborq (Norveç) 2:0
Qol: Petkoviç, 8-pen. Orsiç, 28.


Olimpiakos (Yunanıstan) – Krasnodar (Rusiya) 4:0
Qol: Gerrero, 30. Randeloviç, 78; 85. Podense, 89.


Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya) 2:2
Qol: Assale, 7. Hoarau, 76-pen – Degenek, 18. M.Qarsiya, 46.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB