TOP 10

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Futbol
Tarix: 2019-08-21 19:00

“Kəpəz” 1-ci divizionda 2019/20-ci illər mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin iştirak ərizəsində 17 futbolçu yer alıb. 
 

Komandanın heyətinə 2 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib.


Qapıçılar: Ruzi Abdullayev, Əli Kərimov;


Müdafiəçilər: Novruz Məmmədov, Qaraxan Əliyev, Nodar Məmmədov, Kənan Allahverdiyev, Şöhrət Quliyev, Elcan Rəhimov, Elvin Dəmirov;


Yarımmüdafiəçilər: Əli Səmədov, Fərid Bayramov, Sənan Həsənov, Ayxan Quluzadə, İsmayıl Məmmədov, Elgün Orucov;


Hücumçular: Elvin Nəsibov, Ülvi Əliyev.


Yeni mövsümdə də “sarı-göylər”in kapitanı Əli Səmədov olacaq.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB