TOP 10

Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

Dünya Futbolu
Tarix: 2019-08-21 18:30

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin İtaliyanın digər klubu “Kalyari”dən Marko Payaçı heyətinə cəlb edib.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 1 illik icarəyə götürülən yarımmüdafiəçinin transfer hüquqları da mövsümün sonunda “Cenoa”ya satılacaq.


26 yaşlı xorvatiyalı futbolçu 2016-cı ildən “Kalyari”də çıxış edir. Amma o, bu müddətdə “Benevento”, “Peruca” və “Empoli” klublarında da icarədə oynayıb.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB