TOP 10

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Futbol
Tarix: 2019-08-21 17:12

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 29-da Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək. Sport24.az xəbər verir ki, artıq cavab qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. 
 

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-di.


Biletlərin satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
- Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
- Park Bulvar AVM (iticket satış məntəqəsi)
- ASAN 2, 3 (Yasamal, Amay t/m)
- İticket.az (onlayn)


Qeyd edək ki, “Qarabağ” - “Linfild” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun isə sabah Belfastda baş tutacaq.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB