TOP 10

“Turun baş məşqçisi” həmkarını üstün tutdu: “Uşaqlara “Sumqayıt”ın xəyallarını gerçəkləşdirmək üçün bir oyun çatmadığını xatırlatdım”

Futbol
Tarix: 2019-08-21 12:00

Ötən gün ənənəvi rubrikamızın seçimində “Turun baş məşqçisi” Ayxan Abbasova üstünlük verdik. Gənc mütəxəssisin “Sumqayıt”la Qəbələdən qələbəylə dönməsində payı danılmazdır. Bu seçimimzlə bağlı Sport24.az-a verdiyi müsahibədə Abbasov uğur sirrini açmadı, amma özü fərqli mütəxəssisi seçdi.

 

- Oyundan sonra keçirilən mətbuat konfransında qeyd etdiniz ki, üstunlüyünüz bundan ibarət idi ki, “Qəbələ”ni cari mövsümdə 2 rəsmi oyunda izləyə bilmişdiniz. Konkret nələri üzə çıxara bilmişdiniz?
- Rəsmi oyunlara əsasən rəqibi təhlil etmək daha asandır. Yoxlama görüşlərində çoxsaylı əvəzetmələr olur, müxtəlif taktiki gedişlərə əl atılır. Amma “Qəbələ”nin Avroliqadakı iki oyunu bizə rəqib barədə yetərincə informasiya verdi. Həftə içində “Qəbələ”nin üstün və zəif cəhətləri barədə komandaya dolğun məlumat verdik. Məşqləri də bunun üzərində qurmuşduq. Sevindirici haldır ki, futbolçularımız məşqlərdə verdiyimizin böyük hissəsini oyunda həyata keçirdilər. Əlbəttə, boşluqlar da verdik, amma ümumən ilk oyuna görə komandadan razı qaldım.

 

- Konkretləşdirsək olarmı? “Qırmızı-qaralar”ın zəif mövqeləri hansı idi ki, ondan istifadə etdiniz?
- Yox, konkretleşdirməyəcəm. Çünki qarşıda ancaq çempionatda bu rəqiblə hələ 3 oyunumuz var. Bu, sirr olaraq qalsa yaxşıdır.

 

- İstənilən oyun öncəsi baş məşqçilərin ürəyində nəticə arzusu olur. Qəbələ səfəri öncəsi hansı nəticəni arzulayırdınız?
- Səmimi deyim ki, uduzmamaq. Çünki ilk oyun olduqca önəmlidir. Debüt matçında məğlub olduqda, futbolçular psixoloji təzyiq altına düşür. Bu da növbəti oyunlarda özünü qabarıq formada büruzə verə bilər. Qışda biz bunu yaşadıq. Qış fasiləsindən sonra ilk görüş elə “Qəbələ”yə qarşı idi. Son dəqiqədə vurulan bir qol oyunun taleyini həll etdi. Bundan sonra futbolçularımız uzun müddət bu məğlubiyyətin təsiri altından çıxa bilmədilər. Bu üzdən də əsas istəyimiz ilk matçda məğlub olmamaq idi.

 

- Maraqlıdır ki, ötən mövsümün son oyunu da məhz “Qəbələ”ylə “Sumqayıt” arasında baş tutdu. Kubokun finalını nəzərdə tuturuq. Həmin məğlubiyyət barədə bu oyundan əvvəl futbolçularınızla söhbət etdinizmi? Yəni, o matçı xatırladaraq, xüsusi motivasiya vermək üçün...
- Elə bir qlobal söhbət olmadı. Ötən mövsümün son iki oyununu məhz “Qəbələ”yə qarşı keçirmişdik: əvvəlcə çempionatda, ardınca Kubokun finalında. Birinci halda qalib gəldik, finalda məğlub olduq. Uşaqlara “Sumqayıt”ın xəyallarını gerçəkləşdirmək üçün bir oyun çatmadığını xatırlatdım. Ancaq hansısa qisas hissi barədə söhbət olmadı.

 

- “Turun məşqçisi” Ayxan Abbasov özü kimi seçərdi?
- Aftandil Hacıyevi. Avropa Liqasında çıxışı başa vurduqdan sonra komandada bir çox problemlərin yaranması heç kimə sirr deyil. Hesab edirəm ki, kollektivi belə bir vəziyyətdə oyuna kökləmək istənilən baş məşqçi üçün olduqca çətindi. Oyunu stadiondan izləyirdim. “Səbail”in necə istəkli olmasının canlı şahidi oldum. Deyərdim ki, meydan sahibləri “Zirə”nin futbolçularından daha istəkli, daha aqressiv idilər. Bu da məşqçi işindən xəbər verir ki, komandasını oyuna hazırlaya bilib. Bax, buna görə də Aftandil Hacıyevi “Turun baş məşqçisi” seçərdim.
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB