TOP 10

Daha bir türk futbolçu A Seriyasında

Dünya Futbolu
Tarix: 2019-08-21 11:04

İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi Avstriyanın “Rapid” (Vyana) klubunun sağ cinah müdafiəçisi Mert Müldürü transfer edib.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 20 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.


“Rapid”in yetirməsi olan Mert, ötən mövsüm bu klubun əsas komandasın 39 rəsmi oyuna çıxıb. Müldür indiyə qədər Türkiyə millisində də 2 oyun keçirib.


Xatırladaq ki, “Sassuolo” ötən mövsüm “Alanyaspor”dan Merih Demiralı transfer etmiş, 6 ay sonra – bu yay “Yuventus”a satmışdı.


Mert Müldür yeni mövsümdə İtaliya A Seriyasında mübarizə aparacaq 7-ci türkiyəli futbolçu olacaq. 


Hazırda İtaliyada legioner həyatı yaşayan türk oyunçular bunlardı:

Cengiz Ündər - Roma
Mert Çətin - Roma
Koray Günter - Cenoa
Sinan Gümüş - Cenoa
Hakan Çalhanoğlu - Milan
Merih Demiral - Yuventus
Mert Müldür – Sassuolo

21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB