TOP 10

Paytaxt klubunda daha bir yeni müqavilə

Dünya Futbolu
Tarix: 2019-08-21 10:02

İtaliyanın “Roma” klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı müdafiəçisi Federiko Fasio ilə “nikah” təzələyib.


32 yaşlı futbolçu “canavarlar”la 2 illik yeni müqaviləyə imza atıb. Beləliklə, Fasio 2021-ci ilin yayına qədər “Roma”nın uğurları üçün çalışmağa davam edəcək.


Argentina millisinin sabiq üzvü 2016-cı ildən “sarı-qırmızılar”ın uğurları üçün çalışır.


“Roma” son bir həftə ərzində Cengiz Ündər, Nikolo Zaniolo və Edin Dzeko ilə də yeni müqavilə imzalamışdı.
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB