TOP 10

“Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

Dünya Futbolu
Tarix: 2019-08-21 00:59

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 


3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşləri qarşısında Hollandiya “Ayaks”ını qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.


Rumıniyanın ÇFR-i “Slaviya”nı (Çexiya), Avstriya LASK-ı isə Belçika “Brügge”sini qəbul edib. Bu oyunlarda isə qonaq komandalar minimal hesabla üstün olublar.


Pley-off mərhələsinin ilk oyunlarına sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.


UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları

20 avqust


APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0


ÇFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Masopust, 28.


LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.


21 avqust


23:00 Dinamo (Zaqreb, Xorvatiya) – Rusenborq (Norveç)
23:00 Olimpiakos (Yunanıstan) – Krasnodar (Rusiya)
23:00 Yanq Boyz (İsveçrə) – Srvena Zvezda (Serbiya)

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB