TOP 10

Dabo “Sabah”la oyunda niyə yox idi?

Futbol
Tarix: 2019-08-20 16:18

Baqali Dabonun adı ötən gün baş tutan “Neftçi” - “Sabah” görüşünün iştirak ərizəsində yer almamışdı. Fransalı forvardın uzunmüddətli zədədən sonra Avropa Liqasının III təsnifat mərhələsinin hər iki qarşılaşmada sonradan da olsa, oyuna daxil edilməsi əməliyyatdan sonra özünə gəlməsinə işarə idi. Lakin...

 

Futbolçunun "İnstagram"da “Sabah”la matça 3 saat qalmış “Le respect est mort” ( hörmət öldü) yazması isə həmin vaxt adının iştirak ərizəsində yer almayacağından xəbərdar olmasına əyani işarədi. Böyük ehtimalla, futbolçu oynamayacağını bilincə, klub rəhbərliyinə, və ya baş məşqçiyə bu formada ismarıc göndərib. Amma...

 

Nəzərə alsaq ki, adları iştirak ərizəsinə düşən futbolçuları Roberto Bordin müəyyənləşdirir, mesajın məhz ona ünvanlandığını iddia edə bilərik. Bordinlə futbolçu arasında “qara pişiyin” nə vaxt keçdiyini də tapmaq çətin deyil. Görünən budur ki, Dabo zədədən sonra məşqlərdə özünü yaxşı tərəfdən göstərməyib və hazırlıqlarda həvəssiz göründüyü üçün sinyor Robertonun qəzəbinə tuş gəlib. Baş məşqçinin “cavab atəşi” özünü çox gözlətməyib. 

 

Hadisələrin gedişatı bunu göstərir ki, “Bney Yehuda”yla matçlarda görə Bordin məsuliyyəti üzərinə götürsə də, reallıqda o da futbolçularının biganəliyin hiss edib. İndi isə cəza mexanizmi işə düşüb. Növbəti turda “Neftçi”nin hansısa digər aparıcı üzvü, yaxud üzvlərinə protokolda rast gəlmədən, buna təəccublənməyə dəyməz. Deməli, həmin şəxslər “Dabonun davamçıları”dı. Elə fransalının özünün də adı “Zirə”ylə görüşün protokoluna salınmaya bilər. Hər halda, “hörmət öldü” yazmaqla qolçu futbolçu baş məşqçisinə meydan oxuyub. Artıq 2-ci turda biləcəyik, vəziyyət nə yerdədir. Dabonun adı matçın protokoluna salınmayacağı halda, münaqişənin daha da dərinləşdiyini və hücumçunun cəzalandığını iddia edə biləcəyik. Əgər Daboun adı protokola salinsaz deməli, ona həyatı başa salmaq mümkün olub və forvard üzr istəyərək məşqlərinə daha ciddi yanaşmağa başlayıb.
 

 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB