TOP 10

Millidə son qolunu Azərbaycana vurdu, indi baş məşqçi kimi "Qarabağ"ı məyus etmək istəyir: "Rəqibimizin APOEL-lə matçdakı nəticəsinə təəccübləndim"

Futbol
Tarix: 2019-08-20 17:00

“Qarabağ” öz oyunu ilə məni təəccübləndirdi”. Sport24.az xəbər verir ki, bu sözlər Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hiliyə məxsudu. 

 

40 yaşlı irlandiyalı mütəxəssis rəqibi haqqında danışarkən onu gücünü və Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL ilə görüşlərini yada salıb: “Qarabağ” səfərdə APOEL-ə qalib gələrək  evdə bu rəqibə uduzmaqla məni təəccübləndirdi. Bu iki oyunu yaxşıca təhlil etdik. İndi isə səbirsizliklə ilk matçı gözləyirik”.

 

Hili Azərbaycan millisi ilə olan xatirələrini də bölüşüb. Keçmiş hücumçu 2012-ci il dünya çempionatının seçmə mərhələsində Belfastda keçirilən və 1:1 hesabı ilə yekunlaşan Şimali İrlandiya - Azərbaycan oyununda vurduğu qoldan danışıb: “Karyeramda 36-cı və eyni zamnda sonuncu qolu Azərbaycan millisinə vurdum. Ümid edirəm ki, Azərbaycan klubuna qarşı da fərqlənməyi bacaracağıq”.

 

Qeyd edək ki, “Qarabağ”la “Linfild” arasındakı ilk matç avqustun 22-si Belfastda “Vindsor Park”da keçiriləcək. 

 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB