TOP 10

Turun "Ən"ləri-1: Mehdi gəldi, nə gəldi...

Futbol
Tarix: 2019-08-20 18:00

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümü start götürdü. Sport24.az hələ 2017/18 mövsümündən ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək bu dəfə yeni çempionatın ilk turunu dəyərləndirir. 

 

"Simvolik yığma"

 

Qapıçı: Stanislav Namaşko ("Keşlə")

 

Müdafiəçilər: Elnur Cəfərquliyev ("Sumqayıt") - Bəhlul Mustafazadə ("Sabah") - Şəhriyar Əliyev ("Sumqayıt")

 

Yarımmüdafiəçilər: Soni Mustivar ("Neftçi") - Rahid Əmirquliyev ("Səbail") - İsmayıl İbrahimli ("Qarabağ") - Ağabala Ramazanov ("Səbail") - Əmir Ağayev ("Sumqayıt") - Henrik Eksteyn ("Sabah")

 

Hücumçu: Mehdi Şərifi ("Sumqayıt")

 

Turun BAŞ MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt")

İlk turdan sonra çətin kimsə "Sumqayıt"ın 1-ci pillədə olacağını düşünərdi. Ancaq ilk turdan sonra ən yaxşı top fərqinə, iki cavabsız qolla qalib gələn məhz Ayxan Abbasovun komandasıdı. Gənc mütəxəssisin sərəncamına ən sonda gələn və demək olar ki, təlim-məşq toplanışında iştirak etməyən Mehdi Şərifiyə güvəndi. O da bunu boşa verməyərək ilk toxunuşdaca səviyyəli forvard olduğunu ortaya qoydu. İranlı hücumçu ilk hissənin ortasınadək 13 dəqiqəyə dubl edərək matçın taleyini həll etdi. Fasilədən sonra isə Abbasov fərqli taktika seçdi. Topu rəqibə verən istedadlı mütəxəssis aşkar “2-ci nömrə” oyununa keçdi. Bəli, “Qəbələ” ikinci 45 dəqiqədə dominantlıq edirdi, amma buna görə nə qol qeydə alan olur, nə də xal verən. Yaxşı pressinq etməsiylə seçilən qonaqlar olduqca ağıllı komanda obrazı yaratdılar. İlk 30 dəqiqədə “qırmızı-qaralar”a yüksək temp təklif edən Abbasov istəklərinə çatdıqdan sonra oyunu əks-hücumlar üzərində qurdu. Ən nəhayət, Premyer Liqamızın ən gənc baş məşqçisi "Qəbələ"dən son Kubokun finalındankı məğlubiyyətin əvəzini çıxdı və "Sumqayıt"ın Qəbələ səfərindən ilk dəfə qələbəylə dönməsini reallaşdıran baş məşqçi kimi tarixə düşdü.

 

 

Turun QƏHRƏMANı - Mehdi Şərifi ("Sumqayıt")

Debütündə qolla yox, dublla başlamaq və komandanın qələbəsinin əsas memarı olmaq. Təbii ki, hər bir futbolçu yeni klubunda "siftə"sini belə başlamaq istəyər. İran çempionu “Perspolis”dən "Sumqayıt"a transfer olunan Mehdi Şərifiyə Azərbaycan Premyer Liqasında qol hesabını açmaq üçün 13 dəqiqə kifayət etdi. Əvvəlcə hava ötürməsinə əla sıçrayışla baş qoyan Şərifiyə bundan 13 dəqiqə sonra bu dəfə sürüşmə fəndi ilə rəqibini qabaqlayaraq topu tirin altına göndərdi. Düzdü, Mehdi "Qəbələ"ylə səfər matçında ilk hissədə xeyli iş görsə də, fasilədən sonra kölgəyə çəkildi ki, bu da başadüşüləndi. Ən yaxşı halda Şərifi millimizin oyunları ilə əlaqədar sentyabrda yaranacaq fasilədə fiziki kondisiyalarını bərpa edə biləcək. Elə 90 dəqiqəyə hazır olmadığına görə də baş məşqçi onu 73-cü dəqiqədə əvəzlədi.

 

 

Turun ANTİQƏHRƏMANı - Emin Mehtiyev

"Keşlə"də debüt edən Emin Mehdiyev də ilk turdakı matçda qısa müddətdə diqqət mərkəzinə düşdü. Ancaq  bu, ona antiqəhrəman ola biləcək çıxış idi. "Qarabağ"la "Dalğa Arena"dakı matçda 66-cı dəqiqəsində daxil olan yarımmüdafiəçisi 3 dəqiqəyə 2 sarı vərəqə alaraq meydandan qovuldu. Baş hakim Orxan Məmmədov əvvəlcə simulyasiyaya, sonra əllə oyuna görə Emini cəzalandırdı. Passivində sarı vərəqə olan təcrübəli futbolçu necə meydanın ortasında bilərəkdən əllə oynayaraq ağır cəzalanmaq təhlükəsini göz önünə gətirməsin. Yekun nəticə odur ki, Mehtiyev komandasını pis, çətin vəziyyətdə qoyaraq onun zəhmətini yerə vurdu. O, meydandan çıxarılanda hesab açılmamışdı və 10 nəfərlə qalan "Keşlə" bundan 4 dəqiqə sonra qol buraxaraq uduzdu.

 

 

Turun KOMANDAsı - "Səbail"

Yei çempionatın startı öncəsi haqqında ən çox müzakirə edilən Premyer Liqa iştirakçısı "Səbail" olduğunu desək, yanılmarıq. Çünki komandada maddi problemlərin yaranması və bu üzdən iki legionerinin, özü də yay transferlərinin gedişi reallıq idi. Belə olan halda, Aftandil Hacıyevin komandasını yeni mövsümdə iddialı olan "Zirə"ylə matda xal qazanacağını az inandırıcı görünürdü. Ancaq "dənizçilər" bütün gümanları alt-üst edərək çempionata qələbəylə başladılar. Özü də yaxşı oyunla. Bəli, 90 dəqiqə meydanda inamlı "Səbail" gördük və komanda birmənalı layiqli qələbə qazandı. 

 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB