TOP 10

Azərbaycan çempionatında 10 komanda yarışacaq

Futbol
Tarix: 2019-08-20 13:50

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2019/20 mövsümündə 10 komanda mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, yeni mövsümdə elitada mübarizə aparmaq üçün 10 komanda müraciət edib.


Bunlardan dördü ötən çempionatın iştirakçısıdı, biri isə bir illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Tələbə Futbol Federasiyasının yığma komandası da gücünü ən güclülərlə sınayacaq. 


Komandaların adlarını təqdim edirik: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Baku Fire”, “Marafon Futsal”, “Record club”, “Xəzər” (Yardımlı), “Quba Premyer”, TFF-55.


Yüksək Liqada yeni mövsümün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.


Birinci Liqada isə yeni mövsümdə 20 komanda mübarizə aparacaq. İştirak üçün federasiyaya müraciət edən komandaların siyahısını diqqətinizə çatdırırıq: “Standard”, “Baku Fire-2”, AZMİU, ADBTİA, “Zəngilan”, “Harmony Otel”, “Metropoliten”, “Xızı Yasamal”,  “Ulduz”, “Çinar”, “Forza Neftçi”, “Yasamal” İSK-2, “Star karqo”, “Baku Fans”, U-19, “Təhsil”, “Rayyan” MFK, “Zirvə”, “Qarabağ-Füzuli”, BNA


Qeyd edək ki, ötən mövsüm Birinci Liqada 16 komanda yarışıb.


İkinci Liqada da 20 komanda iştirak edəcək. Ötən çempionatda da 20 komanda yarışmışdı. Amma hazırkı siyahıda debütantlar var. İştirakçıların siyahısını diqqətinizə çatdırırıq: NTD, “Baker Tilly”, “Kaspar”, “Təbriz”, “Borçalı”, “Advokat”, “Star karqo-2”, ASCO Dənizçi, “Emin spor”, “Baku Fire-3”, “Zülfüqar”, “Hövsan”, “Bibi-Heybət”, “Gənclik” İK, “Dalğa”, “Bədr Xocalı”, “Baker Hughes”, “Atletiko Baku”, “Timsport”, “Altay”.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB