TOP 10

“Qarabağ” Azərbaycandan gedir

Futbol
Tarix: 2019-08-20 15:01

“Qarabağ” bu axşam ölkəni tərk edir. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcəyi “Linfild”lə matçın keçiriləcəyi Belfast şəhərinə saat 20:30-da yola düşəcək.

 

Təqribən 6 saatlıq yol qət edəcək ağdamlıların sıralarında bəzi futbolçular olmayacaq. Söhbət kart cəzalıları - Riçard Almeyda və Rahil Məmmədovla yanaşı, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiçdən gedir. Klub rəhbərliyi onları özləri ilə aparmamağı qərara alıb.

 

Qeyd edək ki, bu komandalar arasında Şimali İrlandiyada baş tutacaq ilk görüş avqustun 22-də, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB