TOP 10

Doll Bakıdakı qələbəni unuda bilmir: "Qarabağ"la matçda mənimlə baş verən sadəcə, möcüzə idi, belə debütü təsəvvür edə də bilməzdim"

Futbol
Tarix: 2019-08-20 12:21

"Ötən həftə mənimlə baş verən sadəcə, möcüzə idi. yeni klubumda belə debütü təsəvvür edə də bilməzdim. Cavab matçında qələbə ən cəsarətli istəklərin reallaşdırılmasının nəticəsi idi. Hər şey əla keçdi". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll söyləyib.

 

Almaniyalı mütəxəssis Nikosiya təmsilçisinin "sükanı arxası"ına təmsilçisimizlə Bakıdakı cavab görüşü öncəsi çıxaraq debütündə mərhələ adlayan qələbəylə yadda qalıb. Doll bu qələbəylə bağlı təəssüratlarını həmyerlilərinə bölüşüb: "Tam hazırlığa az vaxtım vardı, cəmi 5 məşq keçdik. Personalı demək olar dəyişmədik, yalnız iki dəyişiklik etdim. Köməkçiç Ralf Tsumdiklə plan hazırladıq. APOEL əvvəl 5 müdafiəçiylə çıxış edirdi, 4-3-3 taktiki sxeminə keçdik və futbolçular bunu gözəl qəbul etdilər. Bu da uğurda həlledici oldu. Azərbaycandakı matç əla fonda çətin qarşılaşma idi. Qapıçımız Vid Belets əla iş gördü. İki qolu Matiç vurandan sonra əlbəttə, sonda bir az gərginlikdə olduq. Ancaq apımızı toxunulmaz saxlaya bildik".

 

Xatırladaq ki, APOEL "Qarabağ"a evdə 1:2 hesabıyla uduzandan sonra baş məşqçi postunda dəyişikliyə əl ataraq Dolu bu vəzifəyə gətirib. 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB