TOP 10

İlqar Qurbanov rəsmən “Sumqayıt”da

Futbol
Tarix: 2019-08-20 11:32

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov “Sumqayıt”la 1 illik müqavilə imzalayıb. Qurbanov yeni komandasında "50" nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" komandasının yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB