TOP 10

“Beşiktaş”ın müdafiəçisi millimizlə oyunu buraxa bilər

Dünya Futbolu
Tarix: 2019-08-20 09:43

Türkiyənin “Beşiktaş” klubunun və Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida zədələnib. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu İstanbul təmsilçisinin məşqində xəsarət alıb.
 

Xəstəxanaya aparılan Vidanın durumuna MTR (maqnit-rezonans tomoqrafiyası) müayinəsindən sonra aydınlıq gələcək.


Vida Slovakiya və Azərbaycan millilərinə qarşı keçirəcəkləri AÇ-2020-nin oyunları üçün Xorvatiya yığmasına çağrılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB