TOP 10

Petrov mətbuata səbəb verdiklərini açıqladı, komandaya dəstək olmayan azarkeşləri qınadı: "Bilmirəm ki, qapımıza bu əks-hücumlar hardan peyda olur"

Futbol
Tarix: 2019-08-20 00:05

"Neftçi"nin legioneri Kiril Petrov Premyer Liqanın ilk turnda "Sabah"la evdə 161 hesablı bərabərliyə qaldıqları matçdan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, ukraynalı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.  

 

- Kənardan belə görünürdü ki, "Neftçi" Avroliqadakı uğursuzluğı üzərindən ata bilməyib. Buna görə qələbə qazana bilmədiniz?

- Ola bilər ki, komanda yoldaşlarımdan kimsə "Bney Yehuda"ya məğlubiyyəti həzm edə bilməyib. Amma şəxsən mən həmin məğlubiyyəti unutdum. Qarşılaşmaya da yaxşı başladıq, qol imkanlarımız olsa da, ilk rəqib fərqləndi. Yaxşı ki, fasiləyə qədər hesabı bərabərləşdirdik. Ancaq yenə də 2 xal itirdik.

 

- "Sabah" da qələbə qazana bilərdi, dirəkdən dönən iki topu vardı. Hesabı ədalətli sayırsan, yoxsa rəqib  qələbəyə daha yaxın idi?

- Düzdür, yaradılan qol epizodlarına görə "Sabah" bu gün bizdən üstün idi. Amma oyuna nəzarət edən tərəf biz idik. Digər tərəfdən, bilmirəm ki, qapımıza bu əks-hücumlar hardan peyda olur. Demək olar hər matçda belə əks-hücumları buraxırıq. "Bney Yehuda" ilə qarşılaşmalarda da belə idi. Futbolularımızla bunu mütləq təhlil etməliyik və bundan sonra hər hansı nəticə çıxara bilərik.

 

- Azarkeşlər birinci hissədə "istefa" şüarları səsləndirirdilər. Bunun oyununuza təsiri oldu? Komandada özünəinamsızlıq yaratdımı?

- Başa düşürsünüz, belə adamları azarkeş adlandıra bilmərəm. Komandanı ürəkdən sevirsənsə, onu daim dəstəkləməlisən. Avrokubok matçlarına 10-15 min nəfər gəlir, indisə 500 nəfər...Sadiq azarkeşlər həmişə stadiondadı və heç vaxt belə axmaq şeyləri qışqırmayacaqlar. Bu, çempionatın ilk matçıdı və komandaya belə münasibət göstərmək olmaz. 

 

- "Neftçi" bu mövsüm çempion olacaq gücdədir? Ötən mövsüm son adna əldən buraxdığınız qızıl medal bu dəfə qazana biləcəksiniz?

- Komandanın qarşısında çempionluq məqsədi durur. Avroliqada mübarizədən kənarda qaldıq, bu gün xal itirdik. Bununla da mətbuata səbəb verdik ki, bizi dırnaqdan təpəyədək tənqid atəşinə tutsunlar. Həmişə olduğu kimi, haqqımızda pis sözlər yazacaqlar. "Neftçi", demək olar, Azərbaycanda yeganə komandadır ki, qalib gələndə hamı sevinir, uduzanda hamı məyus olur. Əlbəttə. bu dəfə də çempionluğa oynayacağıq. 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB