TOP 10

"Sabah"ın legioneri çempionluğa oynamalarını mümkün sayır: "Əvvəlcə "Səbail"dən təklif almışdım, qorxdum..."

Futbol
Tarix: 2019-08-19 23:41

"Biz hər zaman üç xal haqqında düşünürük. Çətin oyun oldu, “Neftçi” güclü rəqibdir. Bir xal normal nəticə sayılmalıdır" Sport24.az xəbər verir ki, bunu "Sabah"ın futboluçusu Hendrik Eksteyn Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Aftikalı oyunçu bildirib ki, hərdən qol şansları yaratmaq olur: "Amma bəzən dirək və tir qola mane olur. Bu, bəxtsizlikdir. 1:1 hesabı pis nəticə deyil. Düşünürəm ki, biz Avropa Liqasını düşünə bilərik. Təbii ki, hər oyunda şanslardan yaxşı istifadə etsək, çempionluğa da oynaya bilərik".

 

27 yaşlı yarımmüdafiəçi "Sabah"a gəlməsinin səbəbini də açıqlayıb: "Hər dəfə məkanı dəyişmək gözəldir, indi Azərbaycandayam. Bura mənə də maraqlı gəlir və yeni macəradır".


Eksteyn “Qarabağ”dan təklif almadığını və “Səbail”in onunla maraqlandığını söyləyib: "Əvvəlcə “Səbail”dən təklif almışdım. Qorxdum, bilmirdim hara və niyə gedirəm? “Sabah”dan təklif alandan sonra isə “Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovudan məlumat aldım. Azərbaycanı çox təriflədi. Qərara gəldim ki, “Sabah”a keçim"

 

O, Cənubi Afrika Respublikasının millisindən təklif ala biləcəyini vurğulayıb: "Çünki ölkəmdə xaricdə oynayanlarla maraqlanırlar. Buranın çempionatı kifayət qədər normal səviyyədədir. Niyə də yox?! Mən ümidliyəm ki, dəvət gələcək".

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB