TOP 10

Zlatko Daliç: "Onların Azərbaycan millisiylə matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

Futbol
Tarix: 2019-08-19 20:09

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmalarına qarşı səfərdə keçirəcəkləri oyunlar üçün heyətlə bağlı danışıb. Spprt24.az xəbər verir ki, 53 yaşlı mütəxəssis dəvət göndərdiyi 23 futbolçuya böyük ümidlər bəsləyir: “Futbolçularımızın yay fasiləsində klublarını dəyişməsindən, az və ya çox oynamalarından asılı olmayaraq onlara inanıram. Onların Slovakiya və Azərbaycanla matçlarda ümidləri doğruldacaqlarını gözləyirəm 2 həftədən sonra təlim-məşq toplanışına başlayacağıq".

 

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək. Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Zaqrebdə rəqibinə 1:2 hesabı ilə uduzub.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB