TOP 10

"Sumqayıt"ın növbəti transferi - Azərbaycan Kubokunun son qalibi

Futbol
Tarix: 2019-08-19 19:26

"Sumqayıt" növbəti transferini reallaşdırır. Komandanın baş məşqçisi Ayxan Abbasovun Sport24.az-a verdiyi məlumata görə İlqar Qurbanovu komandaya cəlb edirlər. 33 yaşlı cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanmaqla keçidi rəsmən açıqlanacaq.

 

Maraqlıdı ki, İlqar keçən mövsüm "Qəbələ"də finalda məhz "Sumqayıt"a məğlub etməklə Azərbaycan Kubokunun qalibi olub. Bundan sonra müqaviləsini uzatmayaraq klubsuz qalan Qurbanov sağ cinah müdafiəçisi lazım olan "gənclik şəhəri" təmsilçisinin maraq dairəsinə düşüb. Belə ki, Abbasovun sərəncamında bu mövqedə yalnız Sərtan Taşkın var və o da təcrübəli deyil. "Sumqayıt" zamana ehtiyacı olan İlqarın ilk növbədə təcrübəsinə güvənir və tez bir zamanda yeni komandada adaptasiya prosesini keçərək formaya düşəcəyinə inanır.

 

Qeyd edək ki, Qurbanovla Abbasov "Qarabağ"da qısa müddət bir yerdə oynayıblar.

 

 

 

MEHMAN SÜLEYMANOV

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB