TOP 10

FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

Dünya Futbolu
Tarix: 2019-08-19 20:00

FİFA ilin ən yaxşı qoluna verilən “Ferents Puşkaş” mükafatına namizədləri açıqlayıb. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 10 futbolçunun adı yer alıb. 
 

Bunlar Daniel Jori ("Debretsen"), Lionel Messi ("Barselona"), Zlatan İbrahimoviç ("Los-Anceles Qalaksi”), Endros Taunsend ("Kristal Pelas"), Fabio Kvalyarella ("Sampdoriya"), Xuan Kintero ("River Pleyt"), Mateus Kunyadı ("Leyptsiq"). Bundan başqa üç qadın futbolçu - Adjara Nçut (Kamerun millisi), Emi Rodriges ("Yuta Royals") və Billi Simpson (Şimali İrlandiya millisi) da namizədlər arasındadı.


Siyahı tərtib olunarkən 2018-ci il 16 iyuldan 2019-cu il 19 iyuladək vurulan qollar nəzərə alınıb. FİFA-nın saytı 3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsverməyə start verib. Səsvermə sentyabrın 1-də başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək.


Qeyd edək ki, ötən il bu mükafatı "Liverpul"un hücumçusu Məhəmməd Salah qazanıb.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB