TOP 10

"Zirə" üçün 5 debütant

Futbol
Tarix: 2019-08-19 15:40

Premyer Liqanın ilk turunun “Səbail”lə səfər oyunu (0:1) 5 futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub. Sport24.az xəbər verir ki, bunlar yerli oyunçular Elvin Camalovla Cavid Hüseynov, həmçinin legionerlər Boyan Zoqoviç, Anastasios Papazoqlu və sonradan meydana daxil olan Soni Nordedir.

 

Bu “beşlik” ilk dəfə “qartallar”ın heyətində rəsmi matça çıxıb. “ASCO Arena”dakı görüşədək 72 futbolçu Premyer Liqada “Zirə” forması geyinmişdisə, debütantlar bu rəqəmi 77-yə çatdırıblar.


Cavidlə Elvinin ilk oyuna çıxması ilə yerli futbolçuların sayı 39-a yüksəlibsə, legionerlər 38-ə qədər artıb. Boyan İqor İvanoviçdən sonra ikinci monteneqrolu, Soni isə Kerven Belfordan sonra ikinci haitili olub. Anastasios isə “Zirə”nin tarixində ilk yunanıstanlıdır. Ellada təmsilçisi “Qartallar”ın heyətində legioneri çıxış edən 26-cı ölkədir. Bunadək 25 ölkə futbolçuları klubumuzda legioner kimi çıxış edib: Fransa - 4, Nigeriya, Serbiya - hər ikisi 3, Braziliya, Haiti, Monteneqro, Paraqvay, Rumıniya – hamısı 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – hamısı 1.
 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB