TOP 10

"Qarabağ"ın sabiq legioneri "Qarabağ"ın ÇL-dən kənarlaşdırdığı komandaya keçir

Futbol
Tarix: 2019-08-19 16:06

"Qarabağ"ın sabiq legioneri Çumbinyo karyerasını Albaniyanın "Partizani" klubunda davam etdirə bilər. Sport24.az xəbər verir ki, 32 yaşlı braziliyalı yarımmüdafiəçi Tirana klubunun rəsmiləriylə görüşərək keçidlə bağlı anlaşma əldə edib. Növbəti günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

 

Çumbinyo 2013/2015-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. Braziliyalı futblçu Ağdam klubunun heyətində keçirdiyi 46 oyunda 11 qolun müəllifi olub. Əsasən Vəətnində Yunanıstan klublarında çıxış etmiş braziliyalı Ağdam klubundan “Atromitos”a, daha sonra "Levadiakos"a keçmişdi. O, sonuncu dəfə Braziliyanın"Yuventude" klubunda çıxış edib.

 

Xatırladaq ki, "Partizani"ni bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" kənarlaşdırıb. 

 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB