TOP 10

"Linfild"in rəhbəri "Qarabağ"ın üstünlüklərini ön plana çəkdi: "Buna görə də bizə qalib gələ bilər, amma..."

Futbol
Tarix: 2019-08-19 16:16

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in rəhbəri Roy MakQivern qarşıdakı sınaq haqda danışıb. Sport24.az xəbər verir ki, klub rəhbəri təmsilçimizin Avropada qrup təcrübəsi və yüksək reytinqinin olduğunu xatırladıb: “Buna görə də bizə qalib gələ bilər. Amma evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq. Futbolda istənilən nəticə ola bilər. Amma biz həmçinin realist insanlarıq. Başa düşürük ki, rəqibimiz “Qarabağ” çox yaxşı komandadı, bu yay “Dandolk”a da qalib gəlib". 

 

Xatırladaq ki, “Qarabağ”la “Linfild” arasında ilk görüş avqustun 22-si Belfastda, cavab matçı avqustun 29-u Bakıda olacaq. 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB