TOP 10

"Cavid İmamverdiyev dedi ki, istəyirəm kapitanlığı sənə təhvil verim"

Futbol
Tarix: 2019-08-19 15:18

"Sabah"da yeni kapitanlığın detalları bəlli olub. Komandanın yeni kapitanı seçilən Ruslan Abışov Sport24.az-a açıqlamasında bu təklifin ötən mövsüm sarğını daşımış Cavid İmamverdiyevdən gəldiyini söyləyib: "Açığı, sağ olsun komanda yoldaşım Cavid İmamverdiyev, bunu təklif etdi. Dedi ki, istəyirəm kapitanlığı sənə təhvil verim. Bu cəhətdən belə qərara gəldilər ki, "Sabah"da yeni kapitan məni seçsinlər. Çalışacağam ki, bu məsuliyyətli işi yüksək səviyyədə yerinə yetirə bilim".

 

Xatırladaq ki, 32 yaşlı Abışov İmamverdiyev əvvəl "Neftçi"də də çiyin-çiyinə çıxış edərək onun kapitanı olub. Cavid bundan sonra "Sabah"da vitse-kapitan olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB