TOP 10

Əsgərova 73 dəqiqə bəs etmədi

Dünya Futbolu
Tarix: 2019-08-19 13:38

Futbol üzrə Latviya çempionatında 26-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Riqa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.


Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.


Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.


“Liepaya” hazırda 28 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB