TOP 10

Skarlatake "Səbail"lə matçda məğlubiyyətə layiq olmadıqlarını sayır: "Qapı xəttinin 2-3 metrliyindən qol vura bilmiriksə, baş məşqçi buna nə etsin?”

Futbol
Tarix: 2019-08-19 12:00

“Birinci hissə bizim üçün yaxşı keçdi. Amma ikinci yarı barədə eyni sözləri deyə bilmərik. Bu gün minimum 1 xal götürməliydik, buna layiq idik”. Sport24.az xəbər verir ki, bunu “Zirə”nin futbolçusu Adrian Skarlatake Premyer Liqanın I turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

 

33 yaşlı mərkəz müdafiəçinin sözlərinə görə, rəqib yaratdığı iki qol epizodundan birini reallaşdırıb: “Qapı tirindən dönən 3 topumuz oldu, eləcə də 5-6 real qol vəziyyəti yaratdıq. Rəqib isə 2 qol epizodundan birini reallaşdırdı. Qapımıza təyin olunan penaltiyə gəlincə, açığı, görmədim. Həmin epizodda top əvvəlcə rəqibin futbolçusu Mirabdulla Abbasovun, sonra bizim oyunçumuz Şafik Tiqrudjanın əlinə dəyibəs, hakimlər belə məqamlarda diqqətli olmalıdırlar. Necə ki, biz öz işimizi görürük, onlar da oyunun taleyini həll edən səhvlərin olmaması üçün meydanda əllərindən gələni etməlidirlər”.

 

Rumıniyalı oyunçu bildirib ki, bəxt amilinin rol oynadığını düşünmür: “Biz yaratdığımız 5-6 qol epizodunu reallaşdıra bilmədiyimiz halda, rəqib əlinə düşən 2 fürsətlə daha effektiv oldusa, deməli, yaxşı futbol nümayiş etdirdilər. Ancaq biz də ən azı 1 xal götürməyə layiq idik. Lakin belə alındı”.

 

Skarlatake “Zirə”nin bəzi futbolçularının baş məşqçi Samir Abasovla problem yaşadığı yönündə çıxan xəbərlərə də münasibət bildirib: “Niyə belə fikirdə olduqlarını bilmirəm. Baş məşqçi ilə münasibətlərimiz həddindən artıq yaxşıdır. İlk hissədə yaxşı futbol nümayiş etdirdik. Komandaya yeni gələn oyunçularımız var. Abasovun onlara, ümumiyyətlə, komandaya inamı böyükdür. Bu vəziyyətdə baş məşqçi nə edə bilər? Real 5-6 qol imkanımız oldu. Qapı xəttinin 2-3 metrliyindən qol vura bilmiriksə, baş məşqçi buna nə etsin?”

 

“Zirə” avqustun 26-da II tur çərçivəsində “Neftçi”ni qəbul edəcək. Legioner oyunçu rəqibin çempionatın yaxşı komandalarından biri olduğunu vurğulayıb: “Bizim üçün çətin olacaq. Bizi gərgin məcrada keçəcək matç gözləyir. Görək, başımıza nə iş gəlir”.

 

 

MEHMAN SÜLEYMANOV

 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB