TOP 10

Fritz Ştuxlik: "Bu mövsümdən hakimlərimiz 3 kateqoriyada fəaliyyət göstərəcək"

Futbol
Tarix: 2019-08-19 12:10

Bu mövsümdən etibarən hakimlərimiz 3 kateqoriyada fəaliyyət göstərəcək. Sport24.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik Azərbaycan Radiosuna verdiyi açıqlamada deyib: "Elit, 1-ci və 2-ci kateqoriya. Elit kateqoriyada olanlar Premyer Liqaya təyinat alanlardır. 1-ci kateqoriyada olanlar divizionun oyunlarında əsas söz sahibi olacaq. 2-ci kateqoriyada olan hakimlər isə 19 yaşlı və daha aşağı yaş qrupunun matçlarına təyinat alacaq. Onların arasında yetərincə təcrübəsi olan, amma Premyer Liqa oyunlarını idarə etməyənlər də var. Həmin oyunlar hakim-inspektorlar tərəfindən izləniləcək və mənə hakimlər haqqında raportlar təqdim olunacaq".

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB