TOP 10

Azərbaycan klubunda baxışda hücumçu kimi oynadılan qanalı müdafiəçi: "Ona görə müqavilə imzalamadım ki..."

Futbol
Tarix: 2019-08-19 11:24

Qazaxıstanın "Jetısu" klubunun futbolçusu David Muvator Azərbaycanda legioner karyerasının yaşamasının mümkünlüyünü xatırlayıb. Sport24.az xəbər verir ki, 23 yaşlı qanalı müdafiəçi imtinasını maddi amillə əlaqələndirib: "Müxtəlif mövqelərdə çıxış edən futbolçuyam, hər yerdə özümü rahat hiss edirəm. Bəli, fikrimcə, məni universal adlandırmaq olar. Yadımdadır, 2013-cü ildə Azərbaycanda "Neftçala" klubunda baxışda olanda hücumçu çıxış edirdim. Ona görə müqaviə imzalamadım ki, orda məvacib istədiyim kimi deyildi. Tacikistanda bəzən yarımmüdafiənin mərkəzində yer alırdım".

 

Xatırlıadaq ki, "Neftçala" iki il ardıcıl I Divizionun çempionu olsa da lisenziya tələblərinə cavab vermədiyinə görə Premyer Liqaya buraxılmayandan sonra dağılıb. 

 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB