TOP 10

Kamran Əliyev üçün 62 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2019-08-19 10:41

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 9-cu turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Nefteximik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə  ilə ayrılıb – 0:0.


Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.


“Ximki” 9 turdan sonra 21 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB