TOP 10

Ramazanov "Səbail"in futbolçularına heç bir borcunun olmadığını açıqladı: "Çempionatın ortasında da xaricdən rəsmi təklif olsa, gedəcəm"

Futbol
Tarix: 2019-08-19 10:16

"Səbail"in futbolçusu Ağabala Ramazanov Premyer Liqanın ilk turunda "Zirə"ni evdə 1:0 hesabıyla məğlub etdikləri matçdan sonra müsahibə verib. 26 yaşlı hücumçu Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb. 

 

- Çempionatda yeni mövsümə qələbəylə başladınız. Buna ilk növbədə nəyin hesabına nail oldunuz?
- Bu gün hamı fikirləşirdi ki, komandamızda problemlər var, oyunumuz alınmaz, konsentrasiya çatışmazlığı yaşayarıq. Amma görünən odur ki, "Zirə"dən üstün oynadıq, çoxlu qol imkanımızIN olmağı bunu göstərdi. Matça ciddi hazırlaşmışdıq, qələbə qazandığımız üçün sevinirik. 

 

- Bu qələbəniz problem olmamağı anlamına gəlir, yoxsa problem var, sadəcə, göstərmək istəmirsiniz?

- Vallah, hal-hazırda heç bir problemimiz yoxdur. Durum yalandan danışı ki, var, yox elə deyil. Həqiqi deyirəm, gizlətmirəm. Klubun şəxsən mənə borcu yoxdu. Bunu hamının adından da deyirəm ki, heç kimə borcu yoxdu. İclasda problemli məsələlərdən danışdılar, amma yalandan danışa bilmərik ki, problemimiz var, gizlədirik. Müqavilədə nə pul göstərilibsə, hamısını alırıq. Heç bir sıxıntımız yoxdu.

 

- Penalti epizodu barədə nə deyə bilərsən? "Zirə" kəskin şəkildə etiraz edirdi...

- Vallah o epizodu mən görmədim, yalandan deyə bilmərəm. Həmin ərəfələrdə komanda yoldaşım Fəhmin Muradbəyliyə dedim ki, sən mövqeyimə keç, özüm yorulmuşam.

 

- Qarşıdakı turlarda maddi sıxıntı olsa, komandanın çıxışına təsir göstərə bilərmi?

- Ola bilər, yalandan demək olmaz. Hamı bilir ki, madiyyat önəmlidir. İndi problem yoxdu, qarşıda nə olacağını isə deyə bilmərəm. Amma indiki halda vəziyyətimiz qaydasındadı. 

 

- "Səbail"də maddi problemlər haqda o qədər danışılsa, yazılda da, meydanda heç də üzgün deyildiniz...

- Komandanın hansısa futbolçusunun üzgün olmağa, könülsüz oynamağa səbəbi yoxdu. Müqavilədə olan nədisə, hamı öz pulunu alıb. Kimə nə söz verilinsə, hamısı yerinə yetirilib. 

 

- "Zirə"yə keçidin gündəmdə idi...

- Belə məsələ var idi, real  söhbət idi. Ancaq sonra götür-qoy elədim, məsləhət oldu ki, "Səbail"də qalım. Burda hər şey ürəyimcədi. "Səbail"in uğurları üçün çalışıram. Artıq "Zirə" söhbəti mənim üçün yoxdu. 

 

- "Səbail"də hər şey səni qane edirsə, "Zirə"yə niyə keçirdin, yaxud keçmək istəyirdin?

- Hazırkı komandamızda problemin ola biləcəyini nəzərə alsaq, belə bir variant yaxşı idi. Amma "Səbail"də iclas oldu, söz-söhbət var ki, maaş ödənişlərində yubanmalar ola bilər. Ancaq hər şey düzəldi. Rəhbərlik hamımızı razı saldı, nə söz verildisə, elədilər. Buna görə də hamımzı qaldıq. 

 

- Bəs Rumıniya məsələsi, ciddi söhbət idi?

- Sözün düzü, rəsmi təklif olmamışdı. Ancaq maraqlandıqlarını bilirdim. Şifahi danışıq olmuşdu. Özüm də getmək istəyirdim, buna tam hazıram. Yazırdılar ki, Ağa getmədi. Şəxsən özüm istəyirdim gedib ölkə xaricində oynayım. Bəzi nüasnlar da oldu ki, məni sıxırdı.

 

- Xaricdən rəsmi bir təklif olsa, bunu dəyərləndirmək fikrindəsən?

- Yüz faiz. Çempionatın ortasında da mənə rəsmi dəvət gəlsə də...İnanıram ki, klubum gedişimə problem yaratmayacaq.

 

- "Səbail"in heyətini, ehtiyat skamyanızın qısalığını nəzər salsaq, komandanın potensialını necə qiymətləndirirsən? Hədəfiniz nədi? Yenə avrokuboklara oynaya bilərsiniz?

- Düzdür, ehtiyat skamyamız elə geniş deyil. Onu da yəqin ki, rəhbərliyimiz nəzərə alacaq. İnşallah, bəlkə gələcəkdə bu yöndə işlər görülər.

 

- Klub rəhbərliyi qarşısına belə məqsəd qoyub ki, mütləq Avroliqaya çıxmalısnız?

- Mütləq deyilən bir şey yoxdu. Keçən mövsüm də yox idi. Ancaq özümüz istəyirik ki, nəticə qazanacaq. Buna görə yenə mükafat yerləri uğrunda mübarizə aparacağıq. 

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB