TOP 10

"Zirə"nin legioneri əllə oyununa görə təyin olunan penaltini qərəzli, Abasovun aqressiv reaksiyalarını normal sayır: "Bu qərar matçın taleyini həll etdi"

Futbol
Tarix: 2019-08-19 00:30

"Qar.;la.maya yaxşı başladıq. Bir neçə futbolçumuz, xüsusən, Xulio Rodriges qol imkanlarından yararlana bilmədi. İkinci hissədə isə nə olduğunu bilmədik. Bəlkə də gücümüz çatmadı. Nəticədə boş zonalar verməyə başladıq və penaltidən qol buraxdıq". Sport24.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Şefik Tiqruca səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur matçından sonra keçirdiyi brifinqdə söyləyub.

 

Fransalı yarımmüdafiəçi bildirib ki, əllə oyununa görə təyin olunan penalti doğru deyil: "Məncə, referinin qərarı qərəzli idi. Çünki daha əvvəl top "Səbail"in oyunçusunun əlinə toxunmuşdu. Bu qərar matçın taleyini həll etdi. Sonradan bərabərlik qolunu vura bilmədik".

 

27 yaşlı oyunçu görüşə tam hazır olmadıqları fikri ilə razılaşmayıb: "İlk hissədə qol vəziyyətlərindən yararlana bilməməyimiz fasilədən sonta komandaya psixoloji təsir etdi. Bunun üstünə gələn hakim qərarından sonra əsəblərimiz tarıma çəkildi. Bu səbəbdən, ikinci hissədə heç də yaxşı oyun göstərə bilmədik".

 

Təcrübəli legioner baş məşqçi Samir Abasovun kənardan futbolçulara qışqırmasının oyuna mənfi təsirini inkar edib: "Sadə səhvlər və top itkilərinin baş məşqçimizin aqressiv reaksiyasına səbəb olması normaldır. Belə epizodlardan birində ona haqlı olduğunu söylədim".

 

Tiqruca növbəti turda "Neftçi" ilə keçirəcəkləri görüş barədə də danışıb: "Rəqib çempionatımızın yaxşı komandalarından biridir. Heç bir rəqibdən asılı olmadan sırf qələbə üçün meydana çıxırıq. Fərqi yoxdur ki, , "Neftçi"dir, yoxsa "Qarabağ". Rəqibə deyə bilmərik ki, sən güclüsən, biz uduzacağıq. Öncədən məğlubiyyətlə barışmırıq".

 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB