TOP 10

Əli Şirinov oynamadı, komandası uduzdu

Dünya Futbolu
Tarix: 2019-08-18 17:00

Futbol üzrə Latviya çempionatında 26-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Əli Şirinovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Spartak”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.


Əli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


“Dauqavpils” hazırda 24 xalla 9 komanda arasında 8-ci pillədə qərarlaşıb.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB