TOP 10

Novruzov “Zimbru”ya qarşı 80 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2019-08-18 16:33

Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Zimbru” ilə qarşılaşıb. Futbolçumuzun komandası Kişinyov təmsilçisi ilə oyundan heç-heçə ilə ayrılıb – 2:2.


Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.


“Dinamo-Avto” 18 oyuna topladığı 22 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB