TOP 10

Nəbiyev yeni mövsümdə ilk qolunu vurdu

Dünya Futbolu
Tarix: 2019-08-18 15:33

Çexiyanın futbol üzrə gənclər liqasında 2-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Loko Vltavin”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.


Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 58-ci dəqiqədə Nəbiyev vurub. Bu, onun yeni mövsümdəki ilk qoludu.


“Slaviya”nın U-21 komandası hazırda 6 xalla 12 komanda arasında 1-ci pillədə qərarlaşıb.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB